Ermənistan ordusunun Qarabağda ölən daha 3 zabitinin adları elan edilib

Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağda ölən daha 3 zabitin adlarını açıqlayıb.
 Turaninfo.az-ın “armtoday.info” saytına istinadən verdiyi məlumata görə, bunlar 1985-ci il təvəllüdlü mayor Ayk Torosyan, 1993-cü il təvəllüdlü baş leytenant Merujan Stepanyan və kiçik serjant Ruben İskəndəryandır.
 Xatırladaq ki, aprelin 4-də Ermənistan tərəfi aralarında 2 kapitan və 1 mayorun da olduğu daha 7 hərbçinin öldüyü barədə xəbər yaymışdı.