Ermənistan ordusunda daha bir itki

Ermənistan ordusunun sıraları sürətlə seyrəlməkdə davam edir. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, Sisiyan rayonundan könüllü olaraq Qarabağa döyüşməyə gələn 56 yaşlı Karo Ambartsumyan xəstəxanada keçinib.
O, aprelin 4-də Azərbaycan tərəfinin istifadə etdiyi pilotsuz təyyarənin avtobusa çırpılması nəticəsində ağır xəsarət almışdı.