Ermənistan hərbçisinin meyiti QAZ 66-dan tapıldı

Baxış sayı: 
56

Ermənistan ordusu  ötən gecə daha bir hərbçisinin öldüyü barədə açıqlama yayıb.
Musavat.com-un erməni mətbuatına istinadən yaydığı məlumata görə, ölən hərbçi müddətdən artıq xidmət edən Ovanes Petrosyandır.
Düşmən xəbər verir ki, hərbçinin baş nahiyəsindən güllə yarası almış meyiti 25 aprel, saat 20.25-də döyüş bölgəsindəki hərbi hissələrdən birində aşkarlanıb. Ancaq nədənsə onun hansı istiqamətdə öldüyü konkret açıqlanmayıb. Məlumatda o da deyilir ki, erməni hərbçinin meyiti QAZ 66 markalı maşının yük yerində aşkar edilib. Faktla bağlı cinayət işi qaldırılıb.
Hər halda düşmən təbliğatı ölümün səbəbkarı kimi Azərbaycan tərəfini günahlandırıb hay-küy salmırsa, demək burada daxili səbəblər var. Son günlər gərgin psixoloji sarsıntılar içərisində olan erməni hərbçilərin bir-birini güllələməsi hadisələri də artıb.

Загрузка...
Загрузка...