Ermənistan atəşkəs ELAN ETDİ

Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan separatçı “Dağlıq Qarabağ rejimi” cəbhədə atəşin dayandırıldığı barədə məlumat yayıb.
Turaninfo.az Modern.az sayt-na istinadən  xəbər verir ki, bu barədə separatçı rejimin mətbuat xidmətinin rəhbəri Senor Asryan məlumat verib.
Bildirilib ki, Ermənistanla Azərbaycan arasında atəşin dayandırılmasına dair ikitərəfli razılaşmanın hazırlanmasına başlanılıb.
Erməni tərəfinin məlumatına görə, bu gün saat 12-dən atəşkəs haqqında razılıq əldə olunub.
Faktla bağlı əlavə məlumat veriləcək.