Ermənipərəst konqresmen Obamaya müraciət etdi

Qondarma “erməni soyqırımı”nın 101-ci ildönümündə erməni lobbisi yenə də hərəkətə keçib.ABŞ Konqresinin Nümayəndələr Palatasının yəhudi əsilli üzvü Adam Şiff prezident Barak Obamanı “1,5 milyon erməninin genosidə məruz qaldığını” etiraf etməyə çağırıb.
Musavat.com bu barədə erməni Kİv-lərinə istinadən xəbər verir. 
A.Şiff xatırladıb ki, Obama prezidentliyə namizəd olarkən “erməni soyqırımını” tanıyacağına vəd versə də, prezident seçildikdən sonra bundan imtina edib. Koloforniyadan olan ermənipərəst konqresmen əmindir ki, “genosid”in ildönümünə bir neçə gün qalmış prezident Obama prezidentliyi dövründə öz vədinə əməl etmək üçün sonuncu imkandan istifadə edəcək.
Qeyd edək ki, düşmən ölkənin mediası xəbəri  Los Angeles Times-a istinadən yayıb.
Son günlər erməni lobbisi Qarabağdakı hərbi əməliyyatlara diqqət çəkərək burada Türkiyə ordusunun “izlərinin olduğunu” iddia etməklə ABŞ-ın Türkiyəyə qarşı təzyiqlərinə və son nəticədə sözdə “erməni soyqırımı”nın tanınmasına nail olmağa çalışır.