Ermənini darıdan çıxarmağın qansız yolu

Ukraynada yaşayan iş adamı Paşa Məmmədov erməni işğalçı əsgərlərinə təslim olmağın qarşılığında babat pul mükafatı vəd edib. Təklif Azərbaycan toplumunda birmənalı qarşılanmayıb – bunu təqdir edənlər də var, əleyhinə çıxanlar da. Bəziləri hətta düşünür ki, düşməni öz ərazimizdən silahla yox, pulun gücünə çıxarmaq bizə aşağılıq gətirərdi.
Razılaşmırıq. Ən azı ona görə ki, erməni tərəfi təklifi qəbul edib ərazilərimizi xoşluqla tərk edəcəksə, bu, elə bizim tək iqtisadi-maliyyə imkanlarımızın yox, hərbi qüdrətimizin də ondan qat-qat üstün olduğunun təsdiqi və etirafı demək olacaq. Zira, güclü ordu yalnız güclü iqtisadiyyata malik, o sırada çoxsaylı zəngin iş adamları olan ölkədə olur. 
İkinci yandan, düşmən əgər öz acizliyini etiraf edib də bizdən aman diləyirsə, yəni zəifliyini boynuna alırsa, o zaman zəifə mərhəmət etməyib cəzalandırmaq böyüklük göstəricisi sayıla bilməz ki.
Üçüncüsü, ərazilərimizi bir güllə atmadan, bircə şəhid belə vermədən, ana-bacılarımızı gözü yaşlı qoymadan azad eləmək imkanı varsa, niyə də buna getməyək, neftin 1-2 milyardından keçməyək? Necə deyərlər, toyuğun başını bıçaqla kəsmək mümkünsə, baltaya nə lüzum?..   
Onu da unutmayaq ki, müharibə siyasətin tank-toplarla davamıdır. Yəni siyasət, diplomatiya yalnız aciz olanda silahlar işə düşər. Siyasətlə, bicliklə, ənamla donuzu, yəni ermənini darıdan çıxaracağıqsa, qoy olsun da!
Pulla, şirnikləndirməklə Qarabağa qaytarmağın daha üç mühüm üstünlüyü ola bilər var Azərbaycan üçün. İş ondadır ki, erməni razılaşacağı təqdirdə həmin torpaqların onların olmadığını da etiraf eləmiş olacaq. İkincisi, bu yol imkan verəcək ki, Azərbaycan vətəndaşları olan Dağlıq Qarabağ ermənilərində bizə qarşı kin-nifrət böyüməsin, əksinə, azalsın. Hər necə olmasa, müharibə dağıntı, qarşı tərəfə nifrət hissinin güclənməsi deməkdi.
 
Nəhayət, o da gərək unudulmasın ki, Dağlıq Qarabağ daxil, müharibə gedən zona bütünlüklə Azərbaycan əraziləridir və o əraziləri heç kim yox, biz bərpa eləməli olacağıq. Təbii ki, nə qədər çox dağıntı olsa, maliyyə xərci də daha böyük olacaq. O halda həmin xərcin 1/5-ni indidən savaşsız-filansız təslim olmaq istəyən ermənilərə niyə xərcləməyək ki?
Bununla xəncərimizin qaşı əlbəttə ki, düşməyəcək. Müqayisə qüsurla olardı, amma vaxtilə Teymurləngin ordusu bir çox məmləkətləri onlara adicə xəbərdarlıq məktubu göndərməklə fəth edib. Çünki o məmləkətlərin başçıları baxıb görürdülər ki, Teymurləngə dirəniş göstərməyin anlamı yoxdur. Əvəzində onlar bununla öz məmləkətlərini heç olmasa, dağıntılardan qoruya bilmişdilər. Ancaq bütün hallarda Teymurləng tarixdə zəif yox, güclü sərkərdə kimi qalıb... 
Amma indi XXI əsrdir. Bu əsrdə isə dünya müharibəyə, müharibə variantı seçənlərə yaxşı baxmır - bu da sizə daha bir motiv. Odur ki, şəxsən mən Paşa müəllimin təklifinə ikiəlli səs verərdim. Hərçənd, ermənilərin buna kütləvi şəkildə gedəcəyi də inandırıcı deyil. Ən azı, ona görə ki, bu bizim tanıdığımız ermənidirsə, o yalnız Rusiya arxasından çəkiləndən və ya Moskva neytral qalandan sonra ağla gələ bilər.
Buna kimi isə biz iqtisadi qüdrətimizi durmadan artırmalıyıq. Çünki bunsuz güclü ordu mümkün deyil. Donuzu gec-tez darıdan çıxarmağın ən etibarlı yolu da elə budur – düşmənin həsəd aparacağı səviyyədə güclü, varlı və zəngin, regionda və dünyada nüfuz yiyəsi olmaq.
O zaman savaşa ehtiyac qalmaya da bilər.