“Ermənilərlə qohumluğu olan 10 deputatımız var...”

 
"Erməni əsilli məmurlar öz sənədlərini elə dəyişdiriblər ki...”
 
"Nə qədər ki, dövlət strukturlarımızda erməniqanlılar çalışır, Qarabağ problemi həll edilməyəcək”
 
Azərbaycanın siyasi elitasında təmsil olunan bəzi şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının erməni olması və ermənilərlə ünsiyyətə girmələri ilə bağlı mətbuatda daim informasiyalar dərc olunur. Son günlər baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı qızının Qazaxıstanda erməni əsilli gənclə ailə qurması da medianın diqqətindən qaçmadı. Mövzunu siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyevlə dəyərləndirdik.
 
- Cümşüd müəllim, bildiyiniz kimi Azərbaycanda minlərlə erməni ailəsi yaşayır. Bəs, onlarından arasında dövlət strukturlarında, yaxud Milli Məclisdə təmsil olunanlar varmı?
 
- Ermənilər dünyada hay-küy salıblar ki, Azərbaycanda ermənilər sıxışdırılır, onların yaşamalarına imkan yoxdur. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov rəsmən elan elədi ki, Bakıda 32 min erməni yaşayır. Dəfələrlə bunu biz də demişik, ancaq qəbul etməyiblər. Məsələ ondadır ki, onların çoxu artıq azərbaycanlılaşıb - Siyamuşlar, Solmaz olub, Haykamışlar Hənifə olub. Erməni qadınlarının ən çox qəbul etdiyi ad Gülzardır. Şəhərin mərkəzində, məsələn mən yaşadığım binada da ermənilər yaşayır. Onlara kimsə bir söz demir. Onların övladları və ya ərləri vəzifədə təmsil olunur, nazir müavini, millət vəkilidir. Mənim tanıdığım belə bir ailə var. Onların iki övladı var ki, onlardan da biri qatı ermənipərəstdir, anası tərəfi daha çox müdafiə edir. Yarımermənilərin bir hissəsi buradan köçüb. Ancaq bu gün də şəhərin mərkəzində ermənilər qalır. Biz onların təhlükəsizliyinə təminat vermişik və bu günə qədər kimsə deyə bilməz ki, hansısa erməninin burnu qanayıb. Lakin onları dövlət strukturlarına buraxmaq olmaz.
 
- Erməniəsilli məmular öz milliyyətlərini etiraf edirlərmi? Etməzlər belə, sənədlərlə onu sübut etmək mümkündürmü?
 
- Bu gün erməni qanını daşıyanlar əsillərini danırlar. Bu, erməni xarakterinə uyğundur. Ən qorxulusu odur ki, həmin ermənilər bütün sənədləri dəyişdiriblər. Bunu sübüt etməyə qalxanda sənədlər tapılmır, onlar arxivdən götürülüb. Milli Məclisdə bir tərəfi erməni olan - anası, nənəsi və arvadı erməni olanların sayı 10-a qədərdir. Baş nazirin müavinin arvadı da ermənidir. Ancaq bunu danır. Jurnalist Rey Kərimoğlu baş nazirin birinci müavini Yaqub Eyyubovun anasının erməni olması ilə bağlı yazmışdı. Məmur həmin jurnalisti evinə aparıb, analığını göstərib demişdi: "Bax, gör bu ermənidir?” Yəni sübut etmək çətindir. Nə siz başınızı ağrıdın nə də mən, bunu sübüt etmək mümkün olmayacaq. Ermənilərin sənədlərini dəyişdirən şərəfsizlər bir şeyi başa düşməlidirlər ki, Qarabağ probleminin bu günə qədər həll olunmamasının səbəbi məhz vəzifədə olan ermənilərin fəaliyyətinin nəticəsidir.
 
- Araşdırma üçün arxivə daxil olmağa cəhd etmisinizmi?
 
- Arxivə vəkil Aslan İsmayılovla birgə daxil olduq. Lakin adlar dəyişdirilmişdi, oradan bizə dedilər ki, erməniləri müsəlman kimi qeyd ediblər. Azərbaycanlı qadın öləndə yas mərsimində şəkil asmırlar, ermənilər isə asırlar, ancaq bu sözü dediyimə görə daha asmayacaqlar. Bu faktı nazir müavininin anasının yasında da gördüm, divardan anasının şəkli asılmışdı. Onun erməni olduğunu bilirdim, yas mərasimində bir daha sübut oldu.
 
Sənədləri kökündən Daxili İşlər Nazirliyinin arxivində dəyişdirirlər. Doğum şəhadətnaməsindən başlayaraq hər sənədin qeydiyyatı var bu arxivdə. Vəzifə sahibi olanların 99,99 fazi sənədlərini götürüb. Bəziləri sənədləri itməsi adı ilə, bəziləri isə köhnə şəxsiyyət vəsiqəsini təhvil verməmklə arxivi məhv ediblər. Bunun hamısını edən puldur. Məsələ orasındadır ki, ermənilərin tipologiyasını dəyişdirmək mümkün deyil.
 
- Erməni məmurlar özlərini belə niyə gizlədirlər?
 
- Sovet dövründə dövlət məmurunun erməni ilə evlənməsi problem deyildi, əksinə qabağa getmək istəyənlər ermənilərlə evlənirdilər. Həmin qadınlar da ona dayaq olurdu. İndi isə onların övladları ana tərəfdən erməni olduqları açıq-aşkar demirlər. Baxmayaraq ki, onlara heç bir təhlükə yoxdur. Rayonlarla birlikdə 42 min erməni yaşayır Azərbaycanda. Dağlıq Qarabağı istisna olmaqla. Bu rəqəm özü göstərir ki, onlar rahat yaşayırlar. Biz ermənilərdən fərqli olaraq övladlarımızı erməniyə nifrət hissi ilə böyütmürük. Qanımızı içənlər ən yaxşı yerdə yaşayır, ən yaxşı vəzifədədirlər. Ermənilər elə bil müqəddəsdir, onlara bir söz demək mümkün deyil. Bunu vurğulayıram, bir vaxtı ermənilərin erməni olmasını sübut etmək mümkün idi, son zamanlar sənədlər dəyişdirilib. Nə qədər ki, bizim dövlət strukturlarında erməniqanlılar çalışır, Dağlıq Qarabağ məsələsini həll edə bilməyəcəyik.