Ermənilərin yaydığı yalanlar... - Nazir müavini

Baxış sayı: 
148
0  
0  

013-cü ildən başlayaraq “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi çoxsaylı sənədli filmlər hazırlayıb. 3D formatlı bu “virtual səyahət”lər bir neçə dilə tərcümə olunub. Əsas məqsəd dünya ictimaiyyətini Qarabağ barədə obyektiv, dolğun və dürüst məlumatlandırmaqdır. Biz dünyaya daha yığcam, lakin əhəmiyyətli məlumatlar çatdırmalı və erməni tərəfinin yaydığı yalanları təkzib etməliyik. Mərkəzin digər məqsədi gənclərə, həmçinin dünya ictimaiyyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə tam və obyektiv məlumat verməkdir.
 
Axar.az xəbər verir ki, bu barədə Azərtac-a Gənclər və İdman nazirinin müavini İntiqam Babayev “Zəngəzur” sənədli filminin təqdimatı zamanı verdiyi müsahibəsində bildirib.
 
İ.Babayev qeyd edib ki, bu yaxınlarda “Qubadlı” sənədli filmi də hazırlanıb. 3D formatında hazırlanan “virtual səyahət” Azərbaycan, rus və ingilis dillərindədir. Bu iş gələcəkdə də davam etdiriləcək, çünki virtual aləmdə Azərbaycan reallıqlarının dünyaya çatdırılması çox vacibdir.
 
Nazir müavini bildirib ki, tezliklə www.virtualkarabakh.az. portalının yenilənmiş versiyası təqdim olunacaq

Загрузка...
Загрузка...