Ermənilərin yaraladığı daha bir azərbaycanlı həyatını itirdi

Baxış sayı: 
133

Ötən gecə ermənilərin açdıqları atəş nəticəsində yaralanan mülkü şəxslərdən daha biri vəfat edib. Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Ağdamın Çəmənli kənd sakini, 67 yaşlı Hüseynov Əli Müseyib oğlu günorta saatlarında vəfat edib. Beləliklə, iki nəfər mülkü şəxs həyatını itirib
Qeyd edək ki, evlərə düşən mərmi nəticəsində yaralanan şəxslərdən 4-ü ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 3-ü isə Bərdə Rayon Mərkəzi Xəstəxanasında müalicə olunurdu. Onlardan biri əməliyyat olunduqdan sonra reanimasiyaya yerləşdirilib, vəziyyəti orta ağırdır.
Xatırladaq ki, ötən gecəki atışmada bir mülki şəxs həlak olmuşdu...

Загрузка...
Загрузка...