Ermənilərin Rusiya-Qərb oyunu başladı

Ermənistan Parlamentinin Xarici Münasibətlər üzrə Komissiyası İrəvanın Avrasiya İttifaqından çıxması barədə layihəni müzakirəyə çıxarıb.
 Axar.az xəbər verir ki, qanun layihəsi erməni deputat Xaçatur Kokobelyan tərəfindən komissiyaya təqdim edilib. İclasda çıxış edən deputat məhz Avrasiya İttifaqı sayəsində İrəvanın beynəlxalq aləmdən izolyasiya edildiyini bildirib:
 “Biz acı həqiqətdən qaça bilmərik. Biz özümüzü inandıra bilmərik ki, bu, düzgün proqresdir. Avrasiya İttifaqının üzvü olmaqla biz tədricən xarici investisiyalardan məhrum oluruq. Avrasiya İttifaqı imkan yox, çağırışdır. Ermənistanın Avrasiya İttifaqından başqa alternativinin olmaması ilə razı deyiləm. Mən istəyirəm ki, biz Rusiyanın vəkili olmayaq və öz maraqlarımızı qoruyaq”.
 Daha sonra Kokobelyanın layihəsi komissiya üzvlərinin tənqidinə səbəb olub. Onlar guya bu layihədə mübahisəli məqamların olduğunu bildiriblər. Bundan sonra layihənin müzakirəsi dayandırılıb.