​ “Ermənilərin Qarabağdan çıxarılması qaçılmazdır” - İrəvanda MÜHARİBƏYƏ HAZIRLIQ

 
“Qarabağın başının üzərini qara buludlar alıb və ermənilərin bölgədən çıxarılması perspektivi qaçılmaz görünür”.
 
Publika.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Sarkis Artsruni yazıb.
 
Onun sözlərinə görə, Azərbaycan Ermənistanı zəiflədən “yorucu müharibə”ni davam etdirir:
“Avqustun 14-də 1998-ci il təvəllüdlü hərbiçi Arman Movsisyan Qarabağda öldü. Bu, Ermənistana daha bir xəbərdarlıqdır. İrəvan siyasi təşəbbüslərlə çıxış etməyəcəksə, emiqrasiya dalğası sürətlə artacaq. Çünki erməni valideynlər öz oğullarının təhlükəsizliyini daha çox düşünürlər. Qarabağdakı vəziyyət gec-tez tammiqyaslı müharibəyə gətirib çıxaracaq. Belə informasiyalar var ki, İrəvanda diplomatik addımlara paralel olaraq, müharibəyə hazırlıq da aparılır”.
 
Erməni şərhçi qeyd edib ki, məsələ təkcə münaqişə tərəflərinin toqquşması ilə yekunlaşmır.
 
“Hazırda Rusiya NATO-nun təlimlərində iştirak edən Ermənistan hakimiyyətinin sədaqətinə şübhə ilə yanaşır. Buna paralel olaraq, Azərbaycana dəstəyi artırır. Məlumatlar var ki, Moskva Ermənistana qarşı yeni təzyiq dalğasını başladacaq”, - deyə o vurğulayıb.

Загрузка...
Загрузка...