Ermənilərin qanını içən generella bağlı - Faktlar

Qarabağ separatçılarının “baş nazirinin müavini" Artur Aqabekyanla “Yerkrapa” yarımhərbi qruplaşmasının lideri Manvel Qriqoryan arasında “su biznesi” uğrunda mübarizə başlayıb.
 Axar.az xəbər verir ki, bir müddət öncə Qarabağın silahlı dəstələri ilə Ermənistandan gələn “Yerkrapa” könüllüləri arasında baş verən qarşıdurmanın bəzi təfərrüatları məlum olub.
 Ermənistan mətbuatında yayılan xəbərlərə görə, Qarabağ müharibəsinin veteranı, hazırda könüllü döyüşçü, keçmiş səhra komandiri Vahan Babasyan məlum olayla bağlı bəzi faktları açıb. O bildirib ki, məhz Hadrutda (Xocavənd) soyğunçuluq faktlarının qarşısını almağa gedərkən orada Manvel Qriqoryanın başçılıq etdiyi quldur dəstəsinin silahlı müqaviməti ilə rastlaşıb.
 Vahan Babasyan qeyd edib ki, Manvel Qriqoryanla 1990-cı illərdən, 4-cü batalyonda xidmət dövründən tanışdır.
 “Manvel hətta döyüşlər gedən zamanda da öz vəzifələrinin icrasından yayınmağa çalışırdı. Onu yalnız qadınlar və asan yolla pul əldə etmək maraqlandırırdı. Manvel soyğunçuluqla əldə etdiyi pulların hesabında sonralar general rütbəsi alıb və nazirliyə işə düzəlib” , - Babasyan əlavə edib.
Başqa bir məlumata görə, Dağlıq Qarabağın qondarma “baş naziri”nin müavini Artur Aqabekyanla Manvel Qriqoryan arasında su biznesi uğrunda mübarizə başlayıb. “Yerkrapa” birliyinin üzvləri Aqabekyanın su biznesi ilə məşğul olduğu ərazini zəbt ediblər.
 Bildirilir ki, Manvel Qriqoryanın Qarabağda olması Artur Aqabekyanı çox narahat edir. Buna görə də o, müxtəlif vasitələrdən istifadə edərək Manvel Qriqoryanı Qarabağdan uzaqlaşdırmağa çalışır.
 Daha bir məlumata görə, bu günlərdə qondarma respublikanın “baş nazir”i Arayik Harutyunyan Manvel Qriqoryanın yanına getsə də, hərbi hissənin qəbul otağında xeyli gözləməli olub. Bu, Arayik Harutyunyanı çox məyus edib. Məhz bu səbəbdən də Harutyunyan Manvel Qriqoryan və könüllülərin qaldığı özünə məxsus otellərin qiymətini xeyli qaldırıb.
 Qeyd edək ki, Serj Sərkisyan mayın 16-da Vyana görüşündən sonra aprelin əvvəllərində döyüşmək üçün Qarabağa yollanan “Yerkrapa” könüllülərinə geri qayıtmaq əmri verimişdi. Könüllülərdən bəziləri Qarabağda qalmaq istəyidini bildirib. Bundan sonra isə Qarabağın silahlı dəstələri ilə Ermənistandan gələn “Yerkrapa” könüllüləri arasında qarşıdurma yaranıb. Hadrutda Ermənistan vətəndaşlarının yaralanması və bir neçəsinin ölməsi ilə nəticələnən növbəti silahlı toqquşmada erməni vətəndaşları olan könüllülər itki verib, hərbi qulluqçular Xaçatur Arutyunyan və bir neçə nəfər ölümcül yaralanıb.