​“Ermənilərin Kürdüstanla əlaqəsi önlənməlidir, yoxsa...”

 
 
Sərdar Cəlaoğlu: “Proseslər ölkəmiz üçün xoş olmayan məcraya yönələ bilər”
 
Məlum olduğu kimi, Qondarma Dağlıq Qarabağ rejimi İraq Kürdüstanı ilə siyasi-iqtisadi müstəvidə müəyyən əlqələr yaratmağa cəhd göstərir. Maraqlıdır, ermənilərin kürd faktorundan Qarabağ məsələsində hansısa formada faydalanması mümkündürmü?
 
Moderator.az -a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu bunun ölkəmiz üçün müəyyən problemlərə səbəb ola biləcəyini vurğuladı:
 
“Dağlıq Qarabağ erməniləri ilə Kürdüstan arasındakı bu cür əlaqələr ciddi problemlərin meydana çıxmasına gətirib çıxara bilər. Baş verənlər separatçı qüvvələrin birləşməsi və s. kimi ehtimalları aktualalşdırır. Bu baxımdan da məlum əlaqələrin qarşısını almağa ehtiyac var. Əks halda proseslər ölkəmiz üçün xoş olmayan məcraya yönələ bilər”.

Загрузка...
Загрузка...