Erməniləri Dubayda ömürlük həbs gözləyir - Milyonluq “Briliant işi"

 
Dubayda Hindistan vətəndaşının qətlində ittiham edilən üç Ermənistan vətəndaşının məhkəməsi başlayıb.
 
Missiya.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, işi aparan prokuror qətl və böyük miqdarda gəlir əldə etmək məqsədi ilə brilliant oğurluğunda ittiham olun erməniləri ömürlük azadlıqdan məhrum etməyi tələb edib.
 
İttihama əsasən cinayətkar qrupa 35 yaşlı Ovannes Melkonyan başçılıq edib. Dəstəyə həmçinin onun qardaş oğlu 24 yaşlı Xosrov Melkonyan və dostu 26 yaşlı Semyon Yediqaryan daxildir.
 
Qeyd edək ki, hadisə 2013-cü ilin dekabrında Dubayda baş verib. Melkonyanın başçılıq etdiyi ermənilər "Color Source for Gold and Diamonds Company"nın işçisi, Hindistan vətəndaşı Vaixava Dhondiba Salonkini qətlə yetirib. Onlar dəyəri 1,7 milyon dollar olan 6 800 karatlıq brilliantı çemodana yerləşdirərək, Ermənistana aparıblar.
 
Cinayətkarlar Yerevanın "Zvartnoç" aeroportunda gömrük yoxlaması zamanı yaxalanıblar.
BƏƏ-lərinin hüquq-mühafizə orqanları cinayətkarların ötürülməsinə görə xahiş etsədə, ancaq baş prokuror xahişi rədd edib.
 
Növbəti məhkəmə iclası noyabrın 10-da olacaq.