Ermənilər üçün BÖYÜK SÜRPRİZ - Lavrov İrəvana özü ilə nə aparıb?

Rusiya xarici işlər naziri Sergey Lavrov Bakı səfərindən sonra İrəvana səfər etdi. Rəsmi məlumatda bu səfərin diplomatik münasibətlərin 25 illiyi ilə bağlı olduğu qeyd olunsa da, ana gündəmin Dağlıq Qarabağ münaqişəsi olduğu məlum idi. Lavrov İrəvanda münaqişə haqda bədbin danışdı və həllə nail olmağın çətinliyini qeyd etdi.
 
Publika.az xəbər verir ki, “Kommersant” nəşrinin müxbiri Qalina Dudin Lavrovu İrəvan səfərində müşayiət edib və gördüklərini qələmə alıb.
 
“İttifaq münasibətləri. Bu haqda çox danışılıb və heç bir təfərrüata ehtiyac yoxdur”, - deyə Nalbandyan Lavrova bildirib.
 
Lavrov onun sözlərini təsdiq edərək, Rusiya-Ermənistan münasibətləri haqda xoş sözlər dedi.
 
Qalina Dudinin reportajında ən diqqət çəkən məqam Lavrovun Nalbandyana təqdim etdiyi hədiyyədir.
 
Dudin yazır ki, Lavrov erməni həmkarı Edvard Nalbandyanla görüşəndə Rusiya nümayəndə heyətinin adından hədiyyə təqdim etdi. Bu hədiyyə erməni nümayəndə heyəti üçün sürpriz oldu. Lakin hədiyyənin nə olduğu bilinmir, çox güman ki, bu, ikitərəfli münasibətlərə xüsusi jest idi.
Asif

Загрузка...
Загрузка...