Ermənilər Qarqar çayı ilə yaşayış məntəqlərinə mina axıdır, artıq 5 mina zərərsizləşdirilib - foto

Ağdamın Əfətli kəndində aşkarlanan piyada əleyhinə minaların Ermənistan istehsalı olduğu məlum olub.
 Bu barədə APA-nın Qarabağ bürosuna ANAMA-nın region üzrə supervayzeri Xaliq Zülfüqarov bildirib.
 O qeyd edib ki, ermənilərin Qarqar çayı vasitəsilə axıtdığı minalar otlaq sahələrinə yayılıb: “Tapılan minalar Rusiya istehsalı olan “PM” piyada əleyhinə minaların oxşarıdır. Ermənistan istehsalıdır, partlayış dalaqlı minalardır. Bu minalar ən zəif təzyiqdən belə partlaya bilir. Qarqar çayı boyunca bütün yaşayış məntəqələrinin sakinlərinə məlumat verilib. Ilkin olaraq 5 mina aşkarlamışıq. Yerli sakinlərin məlumatı əsasında hadisə yerinə gələn mütəxəssislərimiz minaları yerindəcə zərərsizləşdirib. Axtarışlarımız davam edir".