Ermənilər keçmiş SSRİ-də analoqu olmayan abidə tapdı?- Qarabağda (FOTO)

 
 
İşğal altındakı torpaqlarımızdakı arxeoloji qazıntıları erməni “Vətənpərvər” təşkilatı maliyyələşdirir...
 
Azərbaycanın işğal olunmuş ərazilərində daha bir qeyri-adi tarixi kompleks tapılması haqda informasiyalar yayıldı. Moderator.az yazır ki, düşmən mediasına  bu barədə İrəvan dövlət universitetinin arxeologiya kafedrasının müdiri, arxeoloji ekspedisiyanın rəhbəri Ayk Avetisyan məlumat verib.
 
O, iddia edir ki, “Kaşatax rayonu”nda  3-4 min il öncə -Tunc dövründə tikildiyi və yerli hökmdara aid olduğu ehtimal edilən antik qala aşkarlanıb. Qalanın yaxınlığında  qəribə bir ibadət məkanı da tapılıb. Məbədə doğru 70 metr hündürlüyündə 45 dərəcə bucaq altında daş pilləkan qalxır. Məbədin yerləşdiyi məkanın mütləq hündürlüyü isə 50 metrdir.
 
Ekspedisiyanın rəis müavini Qaqik Sarqsyan isə bildirir ki, bu abidənin keçmiş sovet məkanında tayı-bərabəri yoxdur. “Biz bu məbədi  dəqiqliklə tədqiq etdiən sonra onun barəsində bütün dünyaya məlumat vermək istəyirik”.
 
 
 
İşğal altındakı Azərbaycan topaqlarındakı qeyri-qanuni qazıntıları “Ayrenaser”(”Vətənpərvər”) təşkilatının baş direktoru Stepan Sarqsyan maliyyələşdirir.
 
Ancaq  “analoqu olmayan” antik abidələrin konkret hansı məkanda, hansı yaşayış məntəqəsinin yaxınlığında yerləşməsi haqda məlumat verilmir. Sadəcə, “Kaşatax rayonu”nda aşkar edildiyi bildirilir.  Moderator.az-a bu mövzuda açıqlama verən Abidələri Mügafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov  ermənilərin növbəti “tapıntı”sı haqda informasiyanı belə şərh etdi: “Ermənilər bu məlumatda antik qaladan söhbət açır; belə qalaların sayı Laçın, Qubadlı və Zəngilanda 15-dən çoxdur. İnformasiya mücərrəd yazılıb, yer dəqiq göstərilmir. İşğalçılar son vaxtlar Mirik Qalasında tədqiqat aparırdılar. Mirik qalasında zirvənin eni 50 metr, uzunluğu 250-300 metrdir. Onların məqalədə göstərdikləri 50 metr ifadəsi bu qalaya uyğun gəlir”.
 
Mütəxəssis ermənilərin guya antik qalaya aid olduğunu iddia etdikləri fotodakı məkanın tamamilə başqa bir bölgədə yerləşdiyini də bildirdi:
 
“Erməni mənbələri son zamanlar rəsmi Azərbaycanın təzyiqlərindən qorunmaq üçün arxeoloji qazıntıların məkanlarını mücərrəd saxlayırlar.  Maraqlıdır ki, mən erməni dilində axtarış verdim,  ancaq belə bir informasiya çıxmadı. Məqalənin başlığında yerləşdirdikləri fotonun isə heç bir antik qalaya aidiyyatı yoxdur. Həmin qazıntı təsviri Xocavənd rayonunun Hadrut qəsəbəsi ərazisinə aiddir...”
 
Sultan Laçın

Загрузка...
Загрузка...