Ermənilərə işğal olunan torpaqlarımızda qazıntı aparmağa mane olan dünyaca məşhur arxeoloq vəfat etdi

 
 
 
Rusiya Elmlər Akademiyasının Maddi Mədəniyyət İnstitutunun aparıcı elmi əməkdaşı, İnstitutun paleolit şöbəsinin məsləhətçisi, tarix elmləri doktoru, professor Vasili Prokopiyeviç Lyubinin 100 yaşı tamam olub. Elmi fəaliyyəti dövründə dünya şöhrətli arxeoloq rəhbəri olduğu çöl tədqiqatlarında bir sıra paleolit və mezolit dövrü düşərgələrini aşkar etmiş, Şimali və Cənubi Qafqazın, o cümlədən Azərbaycanın,  həmçinin, Türkmənistanın və Afrika qitəsinin daş dövrü abidələrinin tədqiqatlarında iştirak edib.
 
Professor Vasili Lyubin dünyaca məşhur mərhum Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovla uzun müddət əməkdaşlıq etmiş, paleolit dövrü arxeologiyası üzrə azərbaycanlı mütəxəssislərin formalaşmasında önəmli rol oynayıb.  
 
Moderator.az xəbər verir ki, professor V.P.Lyubin həqiqi ziyalı və alim əxlaqına malik olaraq işğal edilmiş torpaqlarımızdakı paleolit və mezolit dövrünə aid abidələrdə (Azıx mağarası, Quruçay hövzəsi) tədqiqat aparmaq barədə erməni qəsbkarları tərəfindən ona edilən təklifləri qətiyyətlə rədd edib. İşğal edilən ərazilərdə qanunsuz qazıntıların aparılmasında və qanunsuz tədqiqatlarda iştirak etməyin alim və ziyalı etikasına sığmadığını bildirib. 
 
Görkəmli rusiyalı alimin yubileyi ilə əlaqədar Rusiya hökumətinin başçısı Dmitri Medvedev onu şəxsən təbrik edib, ona ünvanladığı təbrik məktubunda V.P. Lyubini “əfsanə insan” kimi yüksək dəyərləndirib.
 
Elmin Nuri

Загрузка...
Загрузка...