​Ermənilər Dilqəmlə Şahbazın yatdığı türmədə konsert verdi... - FOTO/VİDEO

Düz 26 il öncə- bu günlərdə Şuşa həbsxanasında 500-dək erməni terrorçusu yatırdı...
 
 
İşğal altındakı Xankəndinin “mədəniyyət evi” Şuşa türməsindəki dustaqları üçün növbəti dəfə konsert təşkil edib.
 
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, konsert bu dəfə həmişəki kimi açıq havada yox, duman və soyuq olduğu üçün açıq rejimli məhbusların istirahət otağında keçirilib. Erməni jurnalistlərin sözlərinə görə, həbsxana rəhbərliyi dustaqların kameraya çəkilməsinə icazə verməyib. Foto və videolarda görünənlər isə mədəniyyət evinin solist və əməkdaşlarıdır. Dustaqlar mahnılar dinləyib, rəqs ediblər.
 
 
P.S. Hər dəfə Şuşa türməsi haqda xəbərə rast gələndə hər foto və videokadrı diqqətlə izləyirik ki,  bəlkə, təsadüfən 3 ildən artıqdır, bu divarlar arasında əzab çəkən Dilqəm Əsgərov  və Şahbaz Quliyevin bir izinə, yarımçıq da olsa, bir görüntüsünə rastlayaq. Təəssüf ki, bu dəfə də öz torpaqlarında əsir olan qeyrətli soydaşlarımıza aid heç nəyə rast gəlmədik.  Və yenə də onu düşündük ki, görəsən,  türmədəki bu dığa  konsertinin səsi-sorağı Dilqəmlə Şahbaza çatıbmı? Çatıbsa, onlar hansı hisləri yaşayıblar, onları erməni əsarətindən azad etməkdə aciz olan bizlər haqqında nələr düşünüblər?..
 
P.S.S. Düz 26 il öncə, 1991-ci ilin bu günlərində Şuşa türməsi məşhur “Həlqə” əməliyyatından sonra sovet ordusu və Azərbaycanın DTK , milis  və “OMON” dəstələri vasitəsilə həbs edilmiş erməni  quldurlarıyla dolu idi. 1991-ci ilin sonunadək həmin türmədən 500-dək erməni terrorçusunun yavaş-yavaş  “buxarlanması”ndan xəbəri olanlara da yəqin fotolardakı həbsxana mənzərələri tanış gəlir...
 
Sultan Laçın

Загрузка...
Загрузка...