Ermənilər Camaləyə qarşı hərəkətə keçdi - Petisiya

Change.org saytında ​Avroviziya-2016 müsabiqəsinin nəticələrinə yenidən baxılması tələbi ilə petisiya başlayıb.
Turaninfo.az RİA-Novosti-yə istinadla xəbər verir ki, Avroviziya təşkilatçılarına ünvanlanan petisiya artıq lazım olan 35 min imzadan 29 minini toplayıb.
Xəbərdə bildirilir ki, petisiyanı İrəvanda yaşayan Artur Ohanesyan başladıb. Ancaq Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, Avstraliya, Serbiya, İsveç, Rusiya, hətta Ukraynadan da adamların petisiyaya qoşulduğu iddia edilir.