​“Ermənilər buna getsə, Rusiya dərhal reaksiya verəcək”

Baxış sayı: 
159
0  
0  

 
Ermənistanda baş verənlər bu ölkənin gələcəyində dəyişikliklərə səbəb olacaq. Birinci ölkədə özünə inam hissi açıq-aşkar artacaq.
Turaninfo.org teleqraf.com-a istinadən bildirir ki, bu sözləri “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyib.
Onun sözlərinə görə, Ermənistanda xalq və müxalifət siyasi hakimiyyətin manipulyasiyasına yol vermədi: “Ona görə baş verənlər istənilən halda bu ölkəyə müsbət təsir edəcək. Bütün ekspertlərin təhlillərinə görə, bu hadisədən sonra Qərb yönümlü siyasətin güclənməsi və demokratik proseslərin sürətlənməsi gözlənilir. Əgər aprelin 24-dən sonra qarışıqlıqların ikinci dalğası baş verməsə. Hər halda bu hadisələr Ermənistanın beynəlxalq nüfuzuna müsbət təsir göstərəcək. Çünki bu hadisə beynəlxalq təşkilatlardan tutmuş, aparıcı dövlətlər tərəfindən reaksiyalara səbəb olmuşdu. Onlar bildiridi ki, bu hadisələr qansız həll olunarsa, bunu xalqın yekdilliyi kimi qiymətləndirəcəyik. Bu nöqteyi-nəzərdən nəticənin belə sonluqla bitməsinin müsbət cəhətləri çoxdur. Qarabağ məsələsinə gəldikdə isə bunu çox uzaq bir perspektivdə görürəm. Çünki Qarabağ məsələsində nə hakimiyyətdə, nə də müxalifətdə ciddi fikir fərqi yox idi. Əksinə ilk vaxtlarda bəlkə bir qədər danışıqlarda çətinlik oldu. Çünki bu hadisələrdən sonra Ermənistanda daxili qalxınma müşahidə olunacaq”.
Arif Əliyev qeyd edib ki, əgər hakimiyyət ilk dövrlərdən ciddi Qərbyönümlü addımlar atmış olsa, dərhal Rusiyanın reaksiyasını görəcəyik: “Bir neçə il bundan əvvəl Ermənistan Avropa Birliyi ilə assosiativ müqavilənin imzalanmasını istəyəndə, o reaksiyanı gördük”.

Загрузка...
Загрузка...