Ermənilər bu şəhərdə at oynadır: kriminal qanunlar…

Baxış sayı: 
93
0  
0  

Bolqarıstanın Plovdiv şəhərində “Rus bazarı” adlanan ərazidə ermənilərin iştirakı ilə növbəti insident yaşanıb.

Turaninfo.org xəbər verir ki, bazarda erməni qruplaşmaların arasındakı narazılıq fonunda erməni sahibkarlardan birinin yeni aldığı yük avtomobili yandırılıb. Video-görüntülər vasitəsilə 4 erməni saxlanılsa da, həmvətənləri polis bölməsində dərhal vəkil və bəhanələrlə peyda olublar.

Məlumata görə, bu ərazidə yaşayan ermənilərin bir çoxu kriminal qaydalara uyğun şəkildə yaşayır və aralarında baş verən qarşıdurmalar zamanı istintaqla əməkdaşlıq etməkdən imtina edirlər. 2017-ci ilin noyabrında da erməni qruplar arasında bıçaqdan istifadə etməklə kütləvi dava baş verib. Hadisə zamanı yaralanan Ovannisyan soyadlı erməni isə kriminal həmvətənlərini qorumaq məqsədilə polisə ifadə verməkdən imtina edib.

Ərazidə yaşayan ermənilərin sözlərinə görə, burada münasibətləri etnik qruplaşmalar həll edirlər. Elə bıçaqlanma və maşının yandırılmasını da eyni insanlar törədiblər:

“Əgər bu işin də üstü açılmasa, gələn dəfə onlar cinayət işini araşdırmalı olacaqlar”.

Загрузка...
Загрузка...