Ermənilər baş götürüb qaçır

Turaninfo.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan dövləti Azərbaycan torpaqlarını işğal etmək üçün Rusiyadan 200 milyonluq hərbi kredit aldığı halda, erməni vətəndaşlar torpaqlarını, evlərini satıb Rusiyaya və digər ölkələrə milyonlarla dollar şəxsi vəsait aparır.
Ermənistanda yeni tendensiya yaranıb – pul qazanmaq üçün ölkədən getmiş ermənilər əmlaklarını satıb pulu tədricən Rusiyaya keçirdirlər.
“Aykakan Jamanak” qəzeti yazır: “Şəxsi transferlər statistikasında olduqca maraqlı tendensiyalar müşahidə edilir. Ermənistandan xaricə şəxsi, qeyri-kommersiya məqsədli pul köçürmələrinin həcmi kəskin şəkildə artıb. Məsələn, cari ilin ilk ayları ərzində Ermənistandan xaricə 88 milyon dollardan artıq vəsait köçürülüb. Keçən ilin müvafiq dövründə isə bu göstərici 79 milyon dollar idi. Faktiki eyni zaman kəsiyi müddətində bir ildən sonra pul köçürmələrinin həcmi 10% artıb.
Maraqlıdır ki, bu artım Rusiyaya köçürülən vəsaitlər hesabına baş verib. Ötən ilin ilk üç ayında Rusiya Federasiyasına 28,6 mln dollar aparıldığı halda, bu ilin birinci rübündə həmin göstərici 42,2 milyon dollara bərabər olub, yəni 50% artıb. Bəzi müşahidələrə görə, bu artımın əsas səbəbi odur ki, əvvəllər Rusiyaya qazanc üçün getmiş ermənilər artıq ora öz ailələrini apara biliblər və indi onlar qalan əmlaklarını satıb tədricən pullarını Rusiya Federasiyasəna aprırlar.
Ermənistana vəsait transferləri axınına gəlincə, onlar azalmaqda davam edir. Mərkəzi Bankın məlumatlarına görə, bu ilin ilk rübündə gəlir 45,3 mln dollar təşkil edib. Bu isə ötən ilkinə nisbətən 10% azdır”.