Ermənilər Azərbaycan ordusunun cavab atəşlərini çəkib yaydılar... - VİDEO

Aprelin 2-dən bəri şiddətlənmiş müharibəyə dair görüntülər internet resurslarında tirajlanmaqda davam edir. Azərbaycan tərəfi ermənilərin artillerya atəşinin şiddətini və nəticələrini lentə alıb göstərir, ermənilər də Azərbaycan artilleriyaçılarının "fəaliyyətini işıqlandırır".
Görüntülərdən gəlinən nəticə budur ki, topçularımızın açdığı atəş heç də dağı-daşı vurmur, konkret hədəfləri vurur, ən əsası düşməni qorxudur, təzyiq altında saxlayır, onlara torpaq işğal edərək əldə saxlamağın asan iş olmadığını başa salır.
Buyurub ermənilərin çəkib yaydığı müharibə görüntülərinə baxa bilərsiniz. Orada igid və sərrast artilleriyaçılarımızın "əl işləri"ni də görəcəksiniz.