Ermənilər aksiya boyu bizi təxribata çəkirdilər" - Azərbaycanlı idmançı

Səngərdə olduğu kimi, təbliğatda da düşmən bizə məğlub olur.
Bu sözləri Londonda yaşayan tanınmış kikboksçumuz, "Qafqaz" İdman Klubunun rəhbəri Hafiz Baxşəliyev dünən erməni diasporunun Londonda Azərbaycan səfirliyi önündə keçirdikləri aksiya ilə bağlı fikirlərini bölüşərkən bildirib.
“Ermənilərin səfirliyimiz önündə keçirtdiyi aksiyaya sivil formada cavab verməli idik və şükürlər olsun ki, soydaşlarımız fəal iştirak etdilər. Belə anda səfirliyimiz tək qoya bilməzdik. Ən əsası ermənilərin yalanları ifşa olundu”, - deyə idmançımız bildirib.
H.Baxşəliyev bildirib ki, ermənilər aksiya boyu onları təxribata çəkməyə çalışıblar. Ancaq soydaşlarımız buna getməyiblər:
“Onlar bununla da London ictimaiyyətini çaşdırmaq istəyirdilər. Ancaq arzuları “puç” oldu. Bundan sonra da həqiqətlərimizin çatdırılması yolunda fəaliyyətimizi davam etdirəcəyik.”
Elnur Eltürk.