Ermənilər 9 saatdır ki, Goranboyu minomyotlardan atəşə tutur

Ermənistan Silahlı Qüvvələri səhər tezdən başlayaraq Goranboyun kəndlərini minomyotlardan və artilleriya qurğularından fasiləsiz atəşə tutur.
Bu barədə virtualaz.org-un bölgə müxbiri məlumat verir.
Qeyd edək ki, bu məlumat Müdafiə Nazirliyinin yaydığı rəsmi xəbərlərlə də təsdiqlənir.
*   *   *15:43
Azərbaycan Müdafiə Nazirliyi az əvvəl Ermənistan ordusunun təmas xəttində hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanı pozduğunu bəyan edib.
Nazirlik bildirir: “Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında hərbi əməliyyatların dayandırılmasına dair əldə edilmiş razılaşmaya baxmayaraq Ermənistan ordusunun bölmələri tərəfindən atəşkəs yenə də pozulmaqdadır.
Məlumata əsasən, hazırda Goranboy rayonunun Tapqaraqoyunlu yaşayış məntəqəsi yaxınlığındakı mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan intensiv olaraq atəşə tutulur. Azərbaycan tərəfi razılaşmaya əməl edərək hələ ki, cavab atəşi açmır”.