​Erməni yazıçı özbaşına Bakıya gəldi, saxlanıldı və...

 
Siyasi fəal, hazırda İsveçdə sürgündə yaşayan erməni Vahe Avetian Azərbaycana gəlib. Onu aeroportda Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri qarşılayıb.
 
24saat.org xəbər verir ki, hazırda Heydər Əliyev adına Beynəlxalq Hava limanında erməni yazıçı Vahe Avetian saxlanılıb.
 
Avetianın Feysbuk profilində hadisə ilə bağlı geniş açıqlama yayıb:
 
“Mən sülhün başlanğıcıyam. Bilet alıb Bakıya gələn ilk erməniyəm. 25 ildir bu ölkəyə dəvətsiz, hökumətin razılığı olmadan bir erməni də girə bilməyib. Mən öz istəyimlə gəlmişəm. Qonaq gəlmişəm. Tarixi dəyişirik. Bu gün sülhün başlanğıc günüdür”.
 
Vahe bildirib ki, enişdən sonra onu aeroportda saxlayıblar. DTX nümayəndələri gəlib, səmimi söhbət ediblər. O da niyə gəldiyini izah edib. Onlar gediblər, söz veriblər ki, proses tezliklə həll olunacaq. Yəqin ki, onu geri göndərəcəklər.
 
Vahe kofe və tosta qonaq edildiyini də yazıb: “Oturub söhbət edirik, deyib gülürük. Əla uşaqlardı”.