Erməni vertolyotunu vuran hərbçimizin toy mərasimindən - FOTOLAR

 
Dünən Neftçala rayonunda erməni helikopterini məhv edən hərbçi kimi məşhurlaşan Silahlı Qüvvələrimizin müddətdən artıq hərbi qulluqçusu İlkin Muradovun toy mərasimi keçirilib.
 
Toy mərasimində Milli Məclisin deputatı Aydın Mirzəzadə də iştirak edib. Deputat sosial şəbəkədəki hesabında toydan fotoları paylaşaraq aşağıdakı sözləri yazıb.
 
“Dünən, 21 sentyabr tarixində 2014-cü ilin noyabr ayında Ermənistan-Azərbaycan cəbhə xəttində Ermənistan hərbi helokopterini vurmuş igid hərbi qulluqçu İlkin Muradovun özünün dəvəti ilə onun Neftçala rayonunun Xol Qaraqaşlı kəndində keçirlən toyunda iştirak etdim”.
 
Teleqraf.com İ.Muradovun toyundan fotoları təqdim edir.