​Erməni və ruslar "Qarabağ"ın qələbəsini həzm edə bilmədi - Təxribata əl atdılar

 
Ermənilər bəlli səbəblərdən “Qarabağ” klubunun qələbələrini həzm edə bilmirlər. Guya bunun qarşısını almaq üçün yeni formul icad ediblər. Erməni saytları klubumuz haqqında nəsə yazmağa məcbur olanda klubu belə təqdim edirlər: “Qarabağ-Ağdam”. Guya demək istəyirlər ki, bu “Qarabağın”, “onların Qarabağına” aidiyyatı yoxdur. Bu xəstəliklərini ruslara da yoluxdurmağa çalışırlar. Rusiyanın bir neçə saytı da klubumuzu “Qarabağ-Ağdam” kimi təqdim edib.
 
Şübhə etmirəm ki, beynəlxalq arenada “Qarabağ”ın uğurları artdıqca erməni lobbisi çalışacaq ki, Avropa mətbuatında da klubumuzun adı fərqli yazılsın, buna imkan verilməməlidir. Klubun rəsmi adı “Qarabağdır” və belə də yazılmalıdır, mötərizədə isə təmsil etdiyi şəhərin və ölkənin ismi göstərilməlidir.
 
Elxan Şahinoğlu, politoloq

Загрузка...
Загрузка...