Erməni təxribatı nəticəsində Tərtərdə 168 ev və bina dağılıb (SİYAHI)

Aprelin 2-dən 5-dək cəbhə bölgəsində ermənilərin ağır artilleriya qurğularından açdığı atəş nəticəsində Tərtər rayonunda dağılan ev və obyektlərin tam siyahısı hazırlanıb.
Bu barədə Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, ermənilərin təxribatı nəticədə 163 ev və 5 inzibati binaya ciddi ziyan dəyib.
Hadisə nəticəsində ziyan çəkən evlərin statistikası aşağıdakı kimidir:
Tərtər şəhərində - 23 ev
Ağkənd kəndində - 5 ev
Şıxarx qəsəbəsində - 13 ev
Azad Qaraqoyunlu - 2 ev
Düyərli kəndində - 2 ev
Qapanlı kəndində - 54 ev
Yuxarı Qaradağlı kəndində - 37 ev
Qarağacı kəndində - 23 ev
Seyidimli kəndində - 1 ev
Qaynaq kəndində - 3 ev
İcra başçısı deyib ki, hadisə nəticəsində 24 ev tamamilə dağılıb, 34 evə ağır və orta dərəcəli, qalan evlərə isə qismən ziyan dəyib.
Bundan başqa, ermənilərin Azərbaycan kəndlərini ağır artilleriyalardan atəşə tutması nəticəsində Tərtərin Yuxarı Qapanlı və Qapanlı kəndlərinin tibb məntəqələri, Qapanlı və Qarağacı kəndlərinin orta məktəbləri, Qazyan kəndinin isə körpələr evi-uşaq bağçası yararsız vəziyyətə düşüb.