"Erməni soyqırımı"nın müəllifi Özdəmir ölümlə təhdid edildi

Almaniya Bundestaqının qəbul etdiyi "erməni soyqırımı" layihəsini hazırlayanlardan biri - Yaşıllar Partiyasının türk əsilli həmsədri Cem Özdəmir ölümlə təhdid olunub.
 Axar.az xəbər verir ki, Cem Özdəmir məsələ ilə bağlı Federal Təhlükəsizlik Təşkilatına müraciət edib.
 Almaniya mətbuatının yazdığına görə, iyunun 2-dən etibarən Özdəmirin Berlində yerləşən evinin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
 Qeyd edək ki, Almaniya Bundestaqı iyunun 2-də 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi qəbul edib.