Erməni soyqırımı” ilə məşğul olmağa dəyməz...” - Aviqdor Liberman...

Baxış sayı: 
193

İsrail müdafiə naziri: ”Azərbaycanla münasibətlər bizim üçün vacibdir...”
 
 
İsrailin müdafiə naziri Aviqdor Liverman qondarma “erməni soyqırımı”nı İsrail üçün o qədər də əhəmiyyətli olmayan, mübahisəli, tarixi məsələ adlandırıb.
 
Moderator.az xəbər verir ki, yəhudi nazir bu haqda “RTVİ” telekanalına müsahibəsində danışıb.
 
A.Liberman “Eş Atid” müxalifət partiyasının lideri  Yair Lapidin İsrail dövlətinin  “erməni soyqırımı”nı rəsmən tanımaq və məsələni Knessetə çıxarmaq təşəbbüsünü şərh edərkən deyib:
 
”Hesab edirəm ki, bizə bu sırf tarixi, mübahisəli, nəzəri məsələni qurdalamağa dəyməz. Və düşünmürəm ki, bu, İsrailin hazırkı mövqeyinə təsir edir. Tarixi baxımdan çox mübahisələr var.”
 
İsrail müdafiə naziri qondarma “erməni soyqırımı”nın tanınması məsələsinin Azərbaycanla  münasibətlə də bağlı olduğunu vurğulayıb:
 
”İkincisi, sözsüz ki, Azərbaycanla  münasibətlərimiz bizim üçün vacibdir. Hər şeyi yüz dəfə ölçüb-biçmək lazımdır...”
 
Sultan Laçın

Загрузка...
Загрузка...