​Erməni əsilli nazir ölkədən qaçdı

 
Ukraynanın daxili işlər naziri Arsen Avakovun istefa verərək ölkədən qaçdığı barədə xəbər yayılıb.
 
Turaninfo.az  xarici mediaya istinadən xəbər verir ki, bu haqda Ukrayna parlamentinin sabiq deputatı Oleq Çarev özünü rəsmi feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, nazir bir neçə gün öncə Kiyevdə baş verən atışma zamanı 5 polisin həlak olması ilə əlaqədar istefa verib.
 
O qeyd edib ki, Nazirlər Kabinetində olan mənbə ona DİN rəhbərinin istefa ərizəsinin dekabrın 8-də ölkənin baş naziri Vladimir Qroysmana çatdırıldığını söyləyib: “Avakov Radikal partiyasının sədri Oleq Lyaşkonun ad günü məclisindən sonra Kanadaya ezamiyyətə gedib və Ukraynaya geri qayıtmayıb. Bu haqda informasiyalar Ukrayna KİV-də yoxdur, amma mənə verilən informasiyaya etibar edirəm. Tanışımın mənə verdiyi informasiya həmişə nəticədə təsdiqini tapır”.
 
Qeyd edək ki, mediada Arsen Avakovun erməni əsilli olduğu bildirilir.

Загрузка...
Загрузка...