Erməni əsgərlərilə dolu hərbi maşın dərədən yuvarlandı: ölən və yaralananlar var

Ermənistanın Ararat vilayətində hərbi maşın dərəyə yuvarlanıb.
 Turaninfo.az BAKU.WS-in məlumatına istinadən, içində əsgərlə dolu "Ural" yük maşını yararsız hala düşüb.
Ermənistan KİV-i yazır ki, yol-nəqliyyat hadisəsi nəticəsində 1 əsgər ölüb, çox sayda yaralı var. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
 Yol-nəqliyyat hadisəsinin baş vermə səbəbləri aydınlaşır.