Erməni əsgərlər özlərinə yeni qəbirlər qazır

Erməni əsgərləri cəbhədə ordumuzun zərbələrindən qorunmağın yollarını axtarır.
 BAKU.WS-in məlumatına görə, əsgərlərimizin aprel cavab həmləsindən sonra geri çəkilən düşmən canını qorumağın qayğısına qalır. Erməni əsgərlər yeni səngərlər və istehkamlar qazır. Ermənistan mətbuatı və sosial şəbəkələr düşmən əsgərlərin yeni səngər qazma videoları ilə başdan-başa doludur. Ancaq bunun bir faydasının olacağı real görünmür. Çünki ordumuz erməni təxribatından sonra aprelin 2-də cavab tədbirlərinə başlayan zaman 22 ildir qazdıqları istehkamlar bir anda uçulub dağılmışdı.
 Azərbaycan əsgərlərinin "Sarkisyan xətti" kimi ad çıxaran istehkamları belə asanlıqla aşması erməni ordu rəhbərliyini heyrətə gətirmişdi. Ona görə də bu cür çala-çuxurlar vu dəfə də erməni əsgərlərə məzar olmaqdan başqa işə yaramayacaq.