Erməni əsgərlər donmamaq üçün “araq” içir – Zabir Danielyanın ŞOK MƏRUZƏSİ

Ermənistan ordusunun zabiti, komandir müavini Sulik Danielyan qışa hazırlıqla əlaqədar ön xətt mövqelərindəki vəziyyətlə bağlı məruzə hazırlayıb.
 
Publika.az Ermənistan mənbələrinə istinadən xəbər verir ki, ictimai-siyasi işlər üzrə müavin vəzifəsində xidmət edən Sulik Danielyan Ermənistan ordusundakı nöqsanlardan danışıb. Lakin o, hazırladığı məruzəyə görə özünü bəlaya salıb.
 
Onun hazırladığı məruzədə deyilir: “Şəxsi heyət qış mövsümünə zəif hazırlıqlıdır. İsitmə şəraitləri yoxdur. Yanacaq və isti geyim ləvazimatları çatışmır. Ona görə də şəxsi heyət arasında kütləvi xəstəlik, əsasən də “pnevmoniya” yayılmaqdadır. Hərbi kontingent soyuqdan donmamaq və qızınmaq məqsədi ilə spirtli içkilərdən istifadə edir ki, bu da onlar arasında nizam-intizamın zəifləməsinə və nizamnamədən kənar münasibətlərin meydana gəlməsinə səbəb olur”.
 
İşğalçı ordudakı nöqsanları məruzəsində qeyd edən və yaxınları ilə bölüşəndən sonra komandir müavini S.Danielyan yuxarı komandirlər tərəfindən təqiblərə və təzyiqlərə məruz qalıb. Yazdığı məruzədən sonra özünə qarşı münasibətdən təngə gələn ermənistanlı zabit ordudan tərxis olmaq üçün yollar axtarır.
Asif

Загрузка...
Загрузка...