Erməni rəsmisi cəbhə xəttindəki atışmalara görə Türkiyəni suçladı –absurd

“Böyük ehtimalla Azərbaycanı Türkiyə dəstəkləyir”
Qondarma Dağlıq Qarabağ Respublikası prezidentinin mətbuat katibi  David Babayan bildirib ki, Türkiyə regiondakı münaqişənin kəskinləşməsinə cəlb olunub.
Turaninfo.az Musavat.com-un xəbərinə istinadən , D.Babayan bu sözləri panorama.am saytına açıqlamasında deyib: “Biz hər zaman bəyan etmişik ki, Azərbaycanın bu cür davranışı təkcə onun təşəbbüsü deyil. Böyük ehtmalla onu bəlli qüvvələr, o cümlədən Türkiyə dəstəkləyir”.
Düşmən medianın yazdığına görə, D.Babayan fikirlərini aşağıdakı kimi əsaslandırıb: “Regionda bu cür artım 1994-cü ildən bəri belə olmamışdı. Azərbaycan silahlı qüvvələri cəbhə xəttində ağır silahdan istifadə edirlər".
Turaninfo.az Lenta.ru saytına istinadən  xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan tərəflərini atəşkəsə çağırıb.
Azərbaycan Müdafiə nazirliyi isə münaqişəni erməni tərəfinin başlatdığını açıqlayıb. İtkilərə gəlincə, Azərbaycan tərəfindən bir mülkü şəxsin həlak olması təsdiqlənib.