Erməni qızların hərbi təlimindən görüntü yayıldı (VİDEO)

Ermənistan ordusunun təlimlərindən görüntülər yayılıb.
BAKU.WS-in məlumatına görə, Qarabağda gedən aprel döyüşlərində Azərbaycan ordusu qarşısında duruş gətirə bilməyən ermənilər taktiki təlimlər keçirirlər.
Təlimlərdə ermənin qızlar kişilərdən daha fəal iştirak edib. Erməni qadınları döyüşlərə hazırlamaq üçün ciddi cəhdlə səy göstərən Ermənistan tərəfi ordudakı kişi qıtlığına bu yolla çarə olmaq istəyir.
Ermənistan KİV-i yazırkı qadınların ordudakı sayı hər ötən gün sürətlə artmaqdadır. Normalda müharibə şəraitində yaşayan ölkələrdə kişilər orduda çoxluq təşkil edir. Ancaq Ermənistan ordusunda deyəsən vəziyyət dəyişir. Müharibə ehtimalını anlayan yüzlərlə erməni gənc ölkəni tərk edərək xarici ölkələrə üz tutur. Bu proses uzun müddət davam edərsə, bir neçə ildən sonra Ermənistan ordusunda qadınların sayı kişiləri ötə bilər.