​Erməni qız Moskvada belə cəzalandırıldı - avtoşluğa görə - VİDEO

 
Rusiya paytaxtı Moskvada avtoxuliqan kimi tanınan 22 yaşlı erməni qızı Mara Baqdasaryan məcburi əməyə cəlb edilib.
 
Turaninfo.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Mara törətdiyi qanun pozuntusuna görə Moskvanın Sokol rayonunun küçələrini süpürməklə cəzalandırılıb.
 
Baqdasaryan bu vəzifəni 595 saat icra etməlidir. Həmçinin o etdiyi qanunsuzluğa görə 134 min rubl cərimə olunub.
 
Məhkəmə ona 24 gün həbs cəzası müəyyən edib. Hazırda həbs müddətinin 10 günü geridə qalıb.
 
Qeyd edək ki, Baqdasaryan bir müddət əvvəl Moskvada “Lukoil” şirkətinin vitse-prezidenti Azat Şamsuvarovun oğlu Ruslan Şamsuvarovla “Galendewagen” avtomobili ilə avtoxuliqanlıq etməsi ilə diqqət mərkəzinə düşmüşdü. Daha sonra Baqdasaryan sosial şəbəkədə Ruslanla yeni “qəhrəman”lığının videosunu yaymışdı.