Erməni politoloqdan ŞOK iddia: Trampla Azərbaycan razılaşıb - FOTO

 
"Ehtimal olunur ki, Donald Trump Qarabağ məsələsi ilə bağlı Azərbaycan hökumətindəki dairələrlə razılığı var".
 
Missiya.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu sözləri Erməni İnqilabi Federasiyası "Daşnaksütyun" partiyasının siyasi məsələlər üzrə mərkəzi ofisinin rəhbəri, politoloq Kiro Manoyan deyib.
 
"İran və ABŞ münasibətləri pisləşsə Ermənistan bu məsələdə udmayacaq.  Bizim üçün ABŞ, Türkiyə və Azərbaycan münasibətləri əhəmiyyətlidir. Trampın Azərbaycanın hökumət dairələri ilə yaxın əlaqələri var.  Azərbaycanın hökumət dairələri və Donald Tramp arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılığın olmasını istina etmək olmaz".
 
 
Kiro Manoyan-erməni politoloq
 
 
Manoyan Donaldın erməniləri narazı saldığını deyib. Manoyan deyib ki, Donald Tramp Ermənistanın maraqlarını müdafiə etməyəcəyini açıq şəkildə elan edib. 
 
Yeni ABŞ prezidenti bir müddət əvvəl verdiyi  açıqlamasında demişdi ki,  Vaşinqton Erməni Milli Konqresinin maraqlarını müdafiə etmir. «Konqres şəxsi strukturdur»
 
Vəzifə müddəti başa çatan ABŞ prezidenti Barak Obamanın vaxtında isə İrəvan və Vaşinqton arasında münasibətlər yaxşı olub.
 
ABŞ-ın müxtəlif şirkətləri Dağlıq Qarabağda qızıl və digər təbii sərvətlərimizin istismarı ilə məşquldurlar. Obamanın prezidentliyi dövründə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı bir sənəd  imzalanmayıb Həmçinin onun prezidentliyi  dövründə Dağlıq Qarabağ ətrafında vəziyyət gərginləşib. Aprel ayında Ermənistan və Azərbaycan orduları araısnda silahlı toqquşma baş verib.
 

Aprel döyüşlərində dağılan ev
 
 
Münaqişə qızışdığı vaxt ABŞ tərəfləri sakitləşdirməyə cəhd etsə də, sonrakı mərhələdə Vaşinqton susqunluğunu qorudu.