Erməni politoloq Sərkisyanı “satqın və cındır” adlandırdı

 
“Vacib deyil ki, sən satılırsan. Nə fərqi var, satqın həmişə satqın olaraq qalır. Ermənistandakı bütün bu hakim sistem soyğunçuluqla məşğuldur”.
 
Musavat.com-un məlumatına görə, bunu Moskvada yaşayan erməni müstəqil ekspert Arbak Xaçatryan 1 in.am portalına açıqlamasında Ermənistandakı hazırkı durumu şərh edərkən deyib.
 
Ermənistandakı hakim rejimin öz xalqına qarşı cinayətkar siyasətindən danışan Xaçatryan deyib: “Şəxsən mənim üçün əsas təhlükə odur ki, mənim millətim talan edilir, pulun girovuna çevrilir. Vaxtilə bazar-dükan işlədənlər bu gün Ermənistanın sahibinə çevriliblər. Onlar üçün “cəmiyyət” anlayışı mövcud deyil, onlar yalnız öz şəxsi problemlərini həll eləməklə məşğuldurlar”.
 
Onun sözlərinə görə, bu gün Ermənistan – iqtisadiyyatı olmayan, bir nəfərin qərarı ilə idarə olunan, qeyri-legitim addımları daima onun öz əleyhinə istifadə edilən bir ölkədir.
 
Jurnalistin “Yəqin ki, Rusiyada hakimiyyət dəyişdikdən sonra Ermənistanda da dəyişiklik gözləmək olar” qeydi ilə isə erməni Xaçatryan razılaşmayıb: “Səndən əski düzəldirlər, elə isə Rusiyanı kimin idarə eləməsinin nə önəmi? Əgər sən əskisənsə, nə önəmi ki, sən kimin əlindəsən – Avropanın, Amerikanın və ya kimsə başqasının? Səninlə sivil ölkələr daha sərt danışır, nəinki o ölkələr ki, orada rejim daha güclüdür. Bu gün Ermənistandan Rusiyaya gəlir, heç bir sosial hüquqa mali olmadan yerli ermənilərin yanında işləyirlər... Ermənistandakı bugünkü soyğunçular üçün ən başlıcası – varidatı əldə saxlamaqdır. Mən onların bir sözünə belə, inanmıram. Çünki onların özlərinin həyat tərzi televizordakı çıxışları ilə ziddiyyət təşkil edir. Ermənistanı idarə edən əclaflar ticarət mərkəzləri açır, pul dilənirlər”.
 
Xaçatryan hesab edir ki, Rusiya Azərbaycanı təsadüfən silahlandırmağa başlamayıb. Onun qənaətincə, əsas səbəb odur ki, Azərbaycan regionun ən güclü ölkəsidir və Moskva İrəvanla hesablaşmağa lüzum görmür.
 
Siyasət şöbəsi,
Musavat.com
 
 

Загрузка...
Загрузка...