Erməni müxalifətinin lideri kütləvi iğtişaşların təşkilində günahlandırıldı

Ermənistanın müxalif "İrs" partiyasının sədr müavini, keçmiş deputat Armen Martirosyan kütləvi etirazlara çağırışlara görə həbs olunub.
 
Virtualaz.org “Panorama” portalına istinadən bildirir ki, bunu onun vəkili Givi Ovannisyan deyib.
 
Vəkil bildirib ki, bu ittihamla A.Martirosyan 4 ildən 10 ilədək həbs oluna bilər.
 
Bu arada siyasətçinin qardaşı Arşak Martirosyan bildirib ki, Armen hazırda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin müvəqqəti saxlanma təcridxanasında saxlanılır.
 
Onu da qeyd edək ki, Armen Martirosyan Yerevan polis binasını ələ keçirmiş silahlı qrupa dəstək aksiyalarının keçiriməsi üçün yaradılmış Əlaqələndirmə Şurasının üzvüdür.
 
Virtualaz.org