Erməni layihəsinə səs verən türkiyəli deputat - o, milliyətcə çərkəzdir

15 il öncə "erməni genosidi" iddialarına qarşı olan Cem Özdemir sonradan niyə dəyişdi?
Almaniya bundestaqında qondarma erməni soyqırımı barədə qərarı dəstəkləyənlər arasında türk əsillli millət vəkilləri də olub. Onlardan biri Yaşıllar partiyasının üzvü Cem Özdemir xüsusi canfəşanlığı ilə seçilir.
Musavat.com bu millət vəkilinin kimliyi ilə bağlı maraqlı məlumatlar toplayıb.
Cem Özdemir 1965-ci ildə Almaniyanın Baden-Vütenberq əalətinin Bad Urax şəhərində dünyaya gəlib. Əslən Toqtaldırı çərkəz kökənlidir. Atası 60–ci illərdə  türk işçilərinin Almaniyaya köç bumunda mühacirət edənlərdəndir.
Cem Özdemir orta təhsildən sonra sosial pedaqogika bölümündə ali təhsilini tamamlayıb və jurnalisitika fəaliyyətinə başlayıb. 1981-ci ildən Yaşıllar Partiyasının üzvüdür. Bir müddət partiyanın Baden-Vütenberq əyaləti təşkilatının idarə heyətində yer alıb. Hazırda həmin partiyanın rəhbər şəxslərindən biri sayılır.
Cem Özdemir 1994-cü ildən Yaşıllar partiyasını Almaniya Bundestaqında təmsil edir. 2004-cü ildə Avropa Parlamentinə də üzv seçilib.

Cem Özdemir 2003-cü ildə bir müddət Amerikan düşüncə quruluşu olan The German Marshall Fund (GMF) adına müxtəlif layihələrdə çalışıb. Eyni müddət ərzində ABŞ-ın Viskonsin ştatındakı Madison Üniversitet'ndeTürkiyənin Avropadakı rolu haqqında dərs verib.
Cem Özdemir Türkiyəyə münasibətdə olduqca ziddiyyətli və dalğalı mövqeyə malikdir.
 Almaniya bundestaqında həmkarlarını Türkiyə əleyhinə səs verməyə çağıran Cem Özdemir, heç demə, 15 il öncə belə düşünmürmüş.
Belə ki o, 2001-ci ildə Frankfurter Allgemeine Zeitung qəzetində qələmə aldığı “Boğaz içində uzun bir yol-bir erməni layihəsinə qarşı səbəblər” adlı məqalədə “1915-ci il və 1895-ci ildə baş verənlərin ələ alınması yeri nə Paris, nə də Vaşinqtondur” demişdi. (Həmin il Fransa qondarma erməni soyqıırmı haqqında qanunu artıq qəbul etmişdi).
Həmin məqalədə Cem Özdemir Almaniyanın gələcəkdə bənzər bir qərar almasının xəta olacağını  da yazıb.
Lakin sonradan Cem Özdemirin Türkiyəyə münasibəti əks istiqamətə dəyişib və o, ana vətəni əleyhinə kəskin çıxışları ilə seçilib.
Cem Özdemir son vaxtlarda Türkiyənin PKK-ya yaxın HDP millət vəkilləri ilə xüsusilə yaxınlıq edirdi.
Cem Özdemir 2015-ci ilin sentyabrında PKK terroçularına qarşı əmliyyatların aparıldığı Şırnak vilayətinin Cizre şəhərini HDP millət vəkilləri ilə ziyarət edib və oradan Türkiyə hökuməti və ordusunu kəskin bir şəkild tənqid edib.