Erməni kəşfiyyatçıları bu yola əl atır – Diqqət!

Erməni kəşfiyyatçıları Azərbaycan dilində profil açaraq, doğma dilimizdə danışaraq, bizdən məlumat yığırlar.
 Turaninfo.az Axar.az-a istinadən  xəbər verir ki, bu sözləri xalq artisti Firəngiz Mütəllimova ermənilərin sosial şəbəkədə aktiv olması ilə bağlı rəsmi İnstaqram səhifəsində xəbərdarlıq edib. O, hər kəsi diqqətli olmağa çağırıb:
 “Erməni kəşfiyyatçıları Azərbaycan dilində profil açaraq, doğma dilimizdə danışaraq, bizdən məlumat yığırlar. Sonra da mətbuata ötürürlər. Nəyisə paylaşanda diqqətli olun. Dövlət sirləri, ordumuz və hərbi texnikamız barədə məlumat yaymayın. Bu, çox vacibdir. Bunu hər kəsə yayın, qoyun onlar da məlumatlı olsunlar”.