​Erməni işğalındakı Azərbaycan kəndində “superdükan” yazılı məkan... - FOTO

 
 
Fotoda gördüyünüz 1993-cü ildə xarici və daxili xəyanətlər, təxribatlar ucbatından azad edə bilməyərək Xankəndinə vara bilmədiyimiz Ağdərə rayonunun Vəng kəndidir.
 
Buraya erməni separatçıları nəzarət etdiyindən iaşə obyektlərinin adları həm ermənicə, həm rusca, bəzən ingiliscə də yazılır. Amma maraqlıdır ki, ermənilər  yolun kənarındakı nisbətən böyük dükanın üzərinə bizi kimi “supermarket” yox, rus əlifbasıyla “superdükan”(«супердuкян»)  yazıblar. Yəni bu mürəkkəb birləşmədə ikinci ingilis sözü əvəzinə Azərbaycan dilində də keçmişlərdən işlənən ərəb, müsəlman mənşəli bir söz yazıblar...
 
Sultan Laçın

Загрузка...
Загрузка...