Erməni hərbi cani, deputat-general yenə Qarabağa gəlib

Ermənistan parlamentinin deputatı, "Erkrap" birliyinin sədri, general-leytenant Manvel Qriqoryan bir qrup könüllü döyüşçü ilə birlikdə Dağlıq Qarabağa gəlib.
Bu barədə news.gisher.ru saytı yazıb.
Xəbər verilir ki, dünən səhərdən "Erkrap"ın ofisinin önünə çoxlu könüllü toplaşıb və onlar Qarabağa gedərək Azərbaycan ordusuna qarşı döyüşmək istədiklərini bildiriblər.
"Erkrap" rəhbərliyi Ermənistanın Müdafiə Nazirliyinə müraciət edərək erməni könüllüləri Qarabağa döyüşə göndərmək üçün şərait yaradılmasını istəyib.
Qeyd olunur ki, Manvel Qriqoryan I Qarabağ müharibəsində də iştirak edib, "şücaət göstərib".
P.S. İndi bu hərbi cani öz ayağı ilə Qarabağa gəlirsə, demək onun layiqincə qarşılanması gərəkdir.