Erməni general: “Allah göstərməsin ki, müharibə başlasın”

Baxış sayı: 
321

 
 
Erməni deputatı, general Seyran Saroyan Ermənistan cəmiyyətində ötən ilin aprel ayında Azərbaycan ordusunun ələ keçirdiyi Lələ-Təpə yüksəkliyinin geri qaytarılması ilə bağlı müzakirələrə şərh verib.
Turkustan.info erməni mətbuatına istinadən xəbər verir ki, məsələ ilə əlaqədar S.Saroyan deyib: “Allah göstərməsin ki, müharibə başlasın. Bir yüksəkliyə görə biz xalqı qırğına verə bilmərik. Bu yüksəklik elə də əhəmiyyətli deyil”.
Bundan sonra general fantaziyalar aləminə qapılaraq qeyd edib ki, erməni tərəfi cəbhə xəttinin digər istiqamətlərində hücuma keçə və “hamını əsir götürə bilər”.   /Virtualaz.org/

Загрузка...
Загрузка...