​Erməni ekspertlər: Azərbaycan niyə hücuma keçmir?

 
Görünən odur ki, Sərkisyan yaxın çevrəsindən başqa hər kəsi özündən narazı sala bilib. Erməni analitikləri Sərkisyanın xarici iqtisadi sahədə apardığı siyasətin də iflasa uğradığını bildirirlər.
 
Mətbuat İranın ticarət və sənaye nazirinin Azərbaycana gələrək İran-Azərbaycan avtomobil zavodunun açılışını etməsini Sərkisyanın Avrasiya İqtsadi təşkilatı ilə bağlı yürütdüyü siyasətin iflasa uğramasının göstəricisi olduğunu yazır.
 
“İran unudur ki, 170 milyonluq Avrasiya bazarının açarı Azərbaycan yox, Ermənistandır”, deyə Akop Badalyan bir erməni saytında yazır: “Daha ciddi ifadə etsək İran-Azərbaycan zavodu Ermənistanın, İranla Avrasiya arasında körpü rolu oynamağa hazır olması ilə bağlı verdiyi bəyanata ən “yaxşı” cavabdır”, deyə yazar məqaləsində bildirir.
 
Erməni analitikin fikrincə İrəvanın Ermənistanı regionda körpü rolunda təqdim etməklə bağlı niyyəti, Ermənistana sərmayə qoyulması ilə bağlı marağın hər saat azalması ucbatından heçə enir. “Görünən odur ki, İran Ermənistanda yox, Azərbaycanda zavod açır, Ermənistan isə Avrasiya çemodanını əlində yellətməkdə davam edir”, deyə, yazıda bildirilir.
 
“Emərnistanın Avrasiya İqtisadi Birliyində heç bir perspektivi yoxdur. Daha çox mavzoleyi xatırladan bu qurum Emrənistanın dövlət sisteminin transformasiyasına maneçilik törədir...İran üzərində sanksiyalar götürüldükdən sonra ABŞ və Avropa Bilriyi Ermənistan-İran ittifaqına maraq göstərə bilər. Ona görə də Avrasiya ittifaqı üçün Emrənistanın əhəmiyyəti əyalət dalanından başqa bir şey deyil. Rusiya isə İranla yalnız Azərbaycan vasitəsilə körpü qurur. Lakin Ermənistan hələ də Avrasiya qıfılını açmaq istəmir..." , deyə Akop Badalyanın məqaləsində göstərilir.
 
Ermənistanda Qarabağ münaqişəsi ilə bağlı danışqlarda hər hansı güzəştə gedilməsi məsələsi milli xəyanət kimi qəbul olunur. Ermənilər Sərkisyanın Qarabağda birtərəfli güzəştlərin olmayacağı barədə bəyanatına da bu nöqteyi nəzərdən baxırlar.
 
“Belə çıxır ki, Sərkisyan artıq güzəştlərə hazırdı, indi eyni şeyi İlham Əliyevdən gözləyir”, deyə Naira Ayruman lragir - də yazır.
 
Bu vaxta qədər Rusiyanı və Putini ağla gələcək və gəlməyəcək bütün pis ifadələrlə bəzəyən erməni analitiklərinin ümidi yenə də “böyük qardaş”adır. “Putin Azərtaca müsahibəsində yalnız Sərkisyanı deyil, İlham Əliyevi də güzəştlərə çağıracağının işarəsini verdi”, deyə məqalədə göstərilib.
 
Erməni analitiki bu güzəştlərin içində Dağlıq Qarabağın öz müqəddəratını həll etməsi prinsipinin yer tapacağına da da ümid bəsləndiyi yazır..
 
Bu mənada Ermənistanın dövlət rəsmilərinin həyasızlığını da başa düşmək olar. Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan da Ermənistanın Azərbaycan tərəfdən digər güzəştləri gözlədiyini bildirib.
 
Şavarş Köçəryan apreldə Azərbaycan ordusu tərəfindən azad olunan 800 hektarlıq ərazinin, habelə Şaumyanın (Başkənd-red.) geri verilməsini tələb etdiklərini bildirib
 
“Bu məsələ hansı ciddiyətlə müzakirə olunur, onu demək çətindir”, deyə Ayrumyan istehzasını gizlətmir.
 
Məsələ ilə bağlı Sərkisyanın arxası hesab edilən, qondarma separatçı qurumdan da Sərkisyana tənqidlərin ardı-arası kəsilmir..
 
Bu mənada Qondarma “Dağlıq Qarabağ Respublikası” nın keçmiş “xarici işlər naziri” Arman Məlikyan Ermənistanın “Aravot “qəzetinə müsahibəsində sərf etdiyi sözlər maraq doğurur.
 
Müsahibədə Məlikyan “Azərbaycanın İrəvanda 17 iyuldan bəri davam edən siyasi böhrandan yararlanıb Qarabağda irimiqyaslı hərbi əməliyyatlara başlamaması çox təəccüblüdür. Əliyevin hərbi ritorikası fonunda bu olduqca qeyri-təbii görünür”, deyə bildirib.
 
Yəqin ki , Azərbaycan rəhbərliyi başa düşür ki, apreldəki hərbi əməliyyatların bərpası rəsmi Bakının öncə Vyana, daha sonra Sankt-Peterburq görüşlərində əldə etdiyi nailiyyətləri heçə endirə bilər. İlham Əliyevin qısa bir zamanda heç bir savaş olmadan Dağlıq Qarabağ üzərində nəzarəti ələ keçirmək barədə müəyyən əsasları vardır. Bu məsələdə isə Serj Sərkisyan ən əlverişli adam kimi qəbul olunur”.
 
“Daha doğrusu indiki vaxtda Serj Sərkisyanın mövqelərinin zəiflədilməsi rəsmi Bakının planlarına daxil deyil",- deyə Arman Məlikyan bildirib.
Musavat.com