Emoməli Rəhmon onu təhqir edən şəxsləri həbsxanaya göndərəcək

Tacikistan prezidenti öz ünvanına təhqir yönəldən şəxslər üçün cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini imzalayıb.
 
Avropa.info xəbər verir ki, qanunu pozanları 5 ilədək həbs cəzası və külli miqdarda cərimə gözləyir.
 
64 yaşlı Emoməli Rəhmon 1992-ci ildən Tacikistana rəhbərlik edir. O, dörd dəfə prezident seçkilərində iştirak edib. Gözlənilir ki, 2020-ci ildə keçirilən seçkilərdə də iştirak etsin.
 
Qeyd edək ki, keçən həftə parlament deputatları prezidentə “Müstəqil Tacikistanın banisi” statusu vermək üçün qərar qəbul etmişdilər.