Emin Sabitoğlunun qızı atasının "plagiat" musiqisindən DANIŞDI - AÇIQLAMA

Baxış sayı: 
188
0  
0  

Azərbaycanın Xalq artisti, bir çox məşhur mahnının müəllifi, çox sayda Azərbaycan filminin musiqilərinin bəstəkarı Emin Sabitoğlunun qızı Ceyran Mahmudova “İstintaq” filminin soundtrekinin plagiat olmasına münasibət bildirib.
Publika.az xəbər verir ki, C.Mahmudova azərbaycanlı bəstəkarın bəstəsi ilə "Rare Bird" ingilis rok qrupunun yazdığı "Simpatiya" musiqisi arasında bənzərlik olduğunu etiraf edib:
“İstintaq” filminin musiqisi 1979-cu ildə yazılıb. Onda mən uşaq idim. Odur ki, musiqini kimin kimdən götürdüyü haqqında heç bir fikir deyə bilmərəm. Rasim Ocaqov çoxdan vəfat edib, atam da bu dünyada yoxdur. Hadisənin necə baş verdiyini haradan bilim? Musiqilər isə həqiqətən də oxşayır.
Biz SSRİ dövründə yaşayırdıq, o illərdə Azərbaycanda rok qrupları dinlənilmirdi. Radiolarda da xarici musiqilər vermirdilər. İndi siz yutub və quqldan istənilən məlumatı əldə edə, istənilən mahnını dinləyə bilirsiniz. 70-ci illərdə isə nə internet, nə xaricə çıxışımız var idi. İndiki imkanların heç biri yox idi. Bəstələrin oxşar olması bəlkə də təsadüfdür, bəlkə də bəstəkarla rejissor bu melodiyanı haradasa eşidiblər. Amma bu, sadəcə bir ehtimaldır”.
Xatırladaq ki, Axar.az saytında Emin Sabitoğlunun "İstintaq" filmi üçün yazdığı bəstəsinin plagiat olması ilə bağlı xəbər yayılıb. Xəbərdə bunlar qeyd olunub:
"Deyirlər ki, “İstintaq” filminin soundtrackı əslində ingilis rok qrupu "Rare Bird"in 1970-ci ildə bəstələdiyi "Simpatiya" əsəridi. Sonradan fransız bəstəkar Pol Moria da orkestr üçün işləyib. Bayaqdan nə qədər cəhd elədim, adını çəkdikləri musiqini qulağım gəlmir dinləməyə, birdən ağrılarım oyanar, birdən qayıdaram tərk edildiyim, tərg edildiyim yerə. Xahiş edirəm, kömək edin. Hər iki versiyanı dinləyin, yan-yana qoyun, üst-üstə çıxarın, analiz edin. Ya öldürün məni, Ya biryolluq yaşadın...

Загрузка...
Загрузка...